Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində hazır “Flamingo” raketlərinin saxlanıldığı anbar kompleksinə zərbə endirildiyini bildirib.
Redaksiya xəbər verir ki, Rusiya tərəfinin açıqlamasına əsasən, hücum nəticəsində sözügedən raketlərin saxlanıldığı obyekt hədəfə alınıb.
Nazirlik həmçinin Odessa limanında hərbi texnikanın yerləşdirildiyi altı anbarın vurulduğunu iddia edib.
Açıqlamada zərbələrin nəticələri, dəymiş ziyanın miqyası və Ukrayna tərəfinin mümkün itkiləri barədə əlavə təfərrüatlar verilməyib.
Rusiya Müdafiə Nazirliyinin bu iddiaları hazırda müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
