OpenAI Rusiya ilə əlaqəli təsir əməliyyatında istifadə olunan bir sıra ChatGPT hesablarını müəyyən edərək bağladığını açıqlayıb. Bu barədə OpenAI məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, əməliyyat çərçivəsində İsraildə yerləşdiyi göstərilən saxta tədqiqat təşkilatı vasitəsilə Rusiyayönlü məzmun hazırlanıb və müxtəlif platformalarda yayılıb.
Məlumata görə, həmin materiallar X, Telegram, Facebook, LinkedIn və Substack daxil olmaqla bir sıra sosial platformalarda paylaşılırdı.
OpenAI bildirib ki, fəaliyyət əsasən ABŞ, Almaniya, Fransa, Polşa və Türkiyadakı auditoriyaları hədəfləyib.
Şirkət əməliyyatda istifadə edilən hesabların bağlandığını və bu cür koordinasiyalı təsir fəaliyyətlərinin aşkarlanması üçün monitorinq mexanizmlərinin davam etdirildiyini bildirib.
