ABŞ-nin Avropadakı Patriot ehtiyatları kritik həddə düşüb

ABŞ-nin Avropadakı Patriot ehtiyatları kritik həddə düşüb

Nizami Salmanov · Media ·

ABŞ-nin Avropada yerləşdirilmiş Patriot hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının İran müharibəsi fonunda kritik səviyyəyə qədər azaldığı bildirilir. Bu barədə AP məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ müdafiə rəsmilərindən biri mövcud ehtiyatların Rusiyanın uzunmüddətli və intensiv ballistik raket hücumlarına qarşı kifayət etməyə biləcəyini bildirib.

Onun sözlərinə görə, ehtiyatların sürətlə azalması NATO ölkələrinin Ukraynanın son illərdə üzləşdiyi Patriot raketi çatışmazlığına bənzər problemlə qarşılaşmasına səbəb ola bilər.

Məlumata görə, İran müharibəsi zamanı təxminən 1 500 Patriot raketinin istifadə edildiyi hesablanır. Bu miqyasda sərfiyyat ABŞ və müttəfiqlərinin mövcud ehtiyatlarının bərpası və yeni raketlərin istehsal tempinin artırılması məsələsini daha da aktuallaşdırıb.

Patriot sistemləri ballistik və qanadlı raketlər, eləcə də digər hava hədəflərinə qarşı müdafiədə NATO-nun əsas vasitələrindən biri hesab olunur. Buna görə ehtiyatların azalması Avropanın hava və raketdən müdafiə imkanları üçün ciddi risk kimi qiymətləndirilir.