Kanada Trampın “Amerika gölü” qərarını rədd edib

Kanada Trampın “Amerika gölü” qərarını rədd edib

Könül Məmmədova · Media ·

Kanadanın Baş naziri Mark Karni Donald Trampın Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı fərmanına baxmayaraq, gölün öz tarixi adını qoruyacağını bildirib.

Redaksiya xəbər verir ki, Karni X sosial şəbəkəsində “Bu, Ontario gölüdür — əvvəllər də belə idi, indi də belədir və həmişə belə qalacaq” deyə yazıb.

Kanada Baş naziri Ontario adının vendat xalqının “Ontari'io” sözündən gəldiyini və “gözəl göl, böyük göl” mənasını verdiyini qeyd edib.

Karninin sözlərinə görə, bu adın 400 ildən artıq tarixi var və həm Kanadanın yaranmasından, həm də ABŞ-nin müstəqilliyini elan etməsindən daha qədimdir.

Donald Tramp avqustun 27-də Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə fərman imzaladığını açıqlamışdı.