Ağ Ev: İranla hazırda heç bir danışıqlar aparılmır

Ağ Ev: İranla hazırda heç bir danışıqlar aparılmır

Könül Məmmədova · Media ·

Ağ Ev İranla hazırda heç bir danışıqların aparılmadığını və Vaşinqtonun əsas diqqətini “İqtisadi Ayrılma Kampaniyası”na yönəltdiyini bildirib. Bu barədə Fox News məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Ağ Evin sözçüsü Hörmüz boğazının açıq qaldığını və İranın hazırda son dərəcə zəif mövqedə olduğunu deyib.

Sözçünün sözlərinə görə, ABŞ-nin maliyyə naziri İran hakimiyyətinə qarşı mövcud bütün iqtisadi alətlərdən istifadəni davam etdirir.

Ağ Ev həmçinin “Epic Fury” əməliyyatının İranın hərbi imkanlarının zəiflədilməsi baxımından əhəmiyyətli nəticələr verdiyini iddia edib.

Bu qiymətləndirmələr ABŞ administrasiyasının mövqeyini əks etdirir. İran tərəfinin açıqlamalara münasibəti barədə məlumat verilməyib.