Lukaşenko orduda qəfil döyüş hazırlığı yoxlaması göstərişi verib

Lukaşenko orduda qəfil döyüş hazırlığı yoxlaması göstərişi verib

Nizami Salmanov · Media ·

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrində planlaşdırılmamış döyüş hazırlığı yoxlamasının keçirilməsi barədə göstəriş verib.

Redaksiya xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.

Yoxlama çərçivəsində briqadalardan birinin daimi dislokasiya məntəqəsini tərk edərək bir sıra hərbi tapşırıqları yerinə yetirməsi nəzərdə tutulur.

Volfoviç bildirib ki, ictimaiyyət bu yoxlamanı fövqəladə hadisənin baş verəcəyinə işarə kimi qəbul etməməlidir. Onun sözlərinə görə, söhbət Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin yoxlanılmasından gedir.