Suriyada Əsəd hakimiyyətinin son illərində milyonlarla vətəndaşa verilən pasportlarda internetdən götürülmüş şəkillərin və hətta fotoqraf reklamlarının izlərinin qaldığı aşkarlanıb.
Redaksiya xəbər verir ki, pasport dizaynında istifadə olunan bəzi görüntülərin internetdən götürüldüyü və onların üzərindəki reklam mətnləri ilə filiqranların tam silinmədiyi bildirilir.

Nəticədə rəsmi dövlət sənədinin dizaynında kommersiya mənşəli vizual materialların izləri görünən vəziyyətdə qalıb.
Hadisə keçmiş Suriya hökumətinin pasportların hazırlanması prosesində istifadə etdiyi dizayn və nəzarət prosedurları ilə bağlı suallar yaradıb.
Məlumatda bu materialların konkret hansı mənbələrdən götürüldüyü və pasportların neçə buraxılışında həmin qüsurun olduğu barədə əlavə təfərrüatlar verilməyib.
