Meta milyardlarla istifadəçi üçün gündəlik tapşırıqları yerinə yetirə bilən yüksək səviyyədə fərdiləşdirilmiş süni intellekt köməkçisi hazırlayır.
Redaksiya “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət yeni “Muse Spark” süni intellekt modeli ilə işləyən “agentik” alətlər, o cümlədən daha inkişaf etmiş rəqəmsal köməkçi üzərində çalışır.
Bildirilir ki, köməkçi hazırda Meta əməkdaşlarından ibarət qrup tərəfindən daxili sınaqdan keçirilir. Məqsəd daha az insan müdaxiləsi ilə müxtəlif proqram və cihazlarla işləyə bilən məhsul hazırlamaqdır.
Ayrıca, Meta-nın “Hatch” kod adlı daxili süni intellekt agentini də hazırladığı bildirilir. Şirkətin agentik alış-veriş alətini Instagram xidmətinə inteqrasiya etməyi və onu ilin dördüncü rübündən əvvəl istifadəyə verməyi hədəflədiyi qeyd olunur.
