Merts Almaniyanın AES-ləri bağlamasını səhv addım sayıb

Merts Almaniyanın AES-ləri bağlamasını səhv addım sayıb

Sevinc Kərimova · Media ·

Almaniya kansleri Fridrix Merts ölkədə atom elektrik stansiyalarının alternativ enerji mənbələri tam qurulmadan bağlanmasını tənqid edib və özü belə bir qərar verməyəcəyini bildirib.

Redaksiya xəbər verir ki, Merts Almaniyanın nüvə enerjisindən imtina etdikdən sonra yaranan çatışmazlığı indi böyük çətinliklə aradan qaldırmağa çalışdığını deyib.

Kansler həmçinin 15 il müddətinə qanunla zəmanət verilmiş enerji alış tariflərinin də onun qərarı olmadığını və artıq qəbul edilmiş həmin qərarları geri çevirməyin mümkün olmadığını vurğulayıb.

Onun sözlərinə görə, hökumət hazırda enerji təklifini mərhələli və çətin proses vasitəsilə artırmağa çalışır.

Merts hesab edir ki, Almaniyada enerji qiymətlərinin aşağı salınmasının əsas yolu bazarda daha böyük və daha keyfiyyətli enerji təklifinin yaradılmasıdır.