Məkkə Müdafiə Alyansına ilk baş katib təyin edilib

Məkkə Müdafiə Alyansına ilk baş katib təyin edilib

Könül Məmmədova · Media ·

Pakistanın istefada olan general-leytenantı Nauman Mahmud Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib. O, Ər-Riyadda yaradılan alyansın Baş Katibliyinə rəhbərlik edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, təyinat Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində həyata keçirilib. Üç ölkə daha əvvəl alyansın ilk baş katibinin Pakistan tərəfindən irəli sürülməsi və onun üç il müddətinə vəzifədə qalması barədə razılığa gəlmişdi.

Nauman Mahmud Pakistan ordusunda uzun illər xidmət edib və 2021-2023-cü illərdə İslamabaddakı Milli Müdafiə Universitetinin rəhbəri olub. O, 2023-cü ildə hərbi xidmətdən təqaüdə çıxıb.

Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən imzalanıb. Razılaşmaya əsasən, iştirakçı dövlətlərdən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.