Livan Xarici İşlər Nazirliyi İranın xarici işlər naziri Abbas Əraqçinin Hizbullah barədə səsləndirdiyi açıqlamalara sərt reaksiya verib.
Redaksiya xəbər verir ki, İran rəsmisinin “Biz onlara uzaqdan dəstək veririk” bəyanatı Livanda qəzəblə qarşılanıb. Livan Xarici İşlər Nazirliyi bu sözlərin ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirildiyini bəyan edib.
Rəsmi açıqlamada qeyd olunub: “İran Xarici İşlər Nazirliyindən gələn bu cür açıqlamalar qəbuledilməzdir və Livanın suverenliyinə açıq müdaxilədir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmalıdır. Dövlət qurumlarından kənarda və onlara zidd şəkildə daxili aktorların dəstəklənməsi Livan dövləti üçün yolverilməzdir.”
Livan hökuməti bu bəyanatla İranın Hizbullah üzərindəki təsirinə açıq şəkildə etiraz edib və ölkənin daxili sabitliyinə zərər vuran hər cür xarici müdaxilənin qarşısını alacağını bildirib.
Sevinc Kərimova
