Abbas Əraqçi qonşu ölkələri kəskin xəbərdar edib

Abbas Əraqçi qonşu ölkələri kəskin xəbərdar edib

Sevinc Kərimova · Siyasət ·

İranın xarici işlər naziri Abbas Əraqçi qonşu ölkələrə kəskin xəbərdarlıqla çıxış edib.

Redaksiya xəbər verir ki, Əraqçi bəyanatında bildirib:
“Qonşu ölkələri xəbərdar edirik: Sionist varlığın (İsrailin) torpaqlarınızı bizim milli təhlükəsizliyimizə zərər vurmaq üçün istifadə etməsinə icazə verməyin.”

İran rəsmisi bölgədə İsrailin artan hərbi və kəşfiyyat fəaliyyətlərini nəzərdə tutaraq, bu cür təşəbbüslərin İranın sərt cavabı ilə qarşılaşacağını vurğulayıb.

Tehran son aylarda xüsusilə Cənubi Qafqaz və Fars körfəzi ölkələrində İsrailin iştirakını milli təhlükə kimi qiymətləndirir və bu məsələni rəsmi danışıqlarda tez-tez gündəmə gətirir. İran, “İsrailin regional mövcudluğu bizim üçün qırmızı xətdir” mövqeyində israrlıdır.

Sevinc Kərimova