Rusiyalı müğənni Filipp Kirkorovun Ukraynada müharibənin başlamasından qısa müddət sonra Bolqarıstandakı elit daşınmaz əmlakının böyük hissəsini satdığı bildirilir. Bu barədə “İzvestiya” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Kirkorov Bolqarıstanın Qara dəniz sahilində yerləşən 14 mənzili bir gün ərzində satıb.
Məlumata görə, müğənni həmin əmlakların satışından ümumilikdə təxminən 1 milyon avro əldə edib.
Satışların hansı səbəbdən məhz həmin dövrdə həyata keçirildiyi barədə Kirkorovun özündən açıqlama verildiyi qeyd olunmur.
