Baykar şirkəti tərəfindən milli və özgün şəkildə, şirkətin öz vəsaitləri hesabına hazırlanan K2 kamikadze pilotsuz uçuş aparatı (PUA) uğurla formasiya uçuş testlərini başa vurub. Bu nailiyyət, pilotsuz texnologiyalar sahəsində ölkənin qabaqcıl mövqeyini bir daha təsdiqləyir.
Redaksiya xəbər verir ki, K2 kamikadze PUA-sı ağıllı sürü otonomiyası testlərində də özünü göstərib. Bu platforma, çoxsaylı əməliyyat imkanları ilə yanaşı, qabaqcıl süni intellekt və otonomiya alqoritmləri ilə təchiz olunub.
Testlər zamanı 5 ədəd hava vasitəsi müxtəlif konfiqurasiyalarda formasiya uçuşları həyata keçirib. Bu, K2 kamikadze PUA-sının mürəkkəb tapşırıqları yerinə yetirmək və qruplaşdırılmış şəkildə effektiv fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirib. Şirkətdən verilən məlumata görə, bu texnologiya 2000 kilometrdən artıq məsafəyə malikdir.
