İsrailin Şama hücumu: bölgədə gərginlik artır

İsrailin Şama hücumu: bölgədə gərginlik artır

Sevinc Kərimova · Hərbi ·

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Şamın kənar ərazilərini hədəf alaraq hava zərbələri endirib. Yerli mənbələrin məlumatına görə, bölgədə eyni zamanda hava desant əməliyyatı da həyata keçirilib, helikopterlər isə alçaq uçuşlarla müşahidə olunub.

Redaksiya xəbər verir ki, İsrail hökumət dairələri Türkiyənin Suriyaya mümkün müdaxiləsini də “özləri üçün narahatlıq elementi” adlandırıblar. Bu açıqlama İsrailin bölgədəki hadisələrə baxışında yeni gərginlik siqnalı kimi qiymətləndirilir.

Şam ətrafında davam edən hərbi əməliyyatların regional balansı necə təsirləndirəcəyi isə hələlik aydın deyil.

Sevinc Kərimova