İordan çayının qərb sahilində, 443 nömrəli magistral üzərində yerləşən Makkabim keçid məntəqəsi yaxınlığında avtomobillə vurma hücumu baş verib. İsrail mediasında yaralanan şəxsin İsrailin ABŞ-dakı səfiri Yehiel Layterin oğlu Neriya Layter olduğu barədə məlumatlar yayılıb. Bu barədə İsrail mediası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, İsrail polisinin rəsmi məlumatına əsasən, hücum zamanı İsrail ordusunun bir hərbçisi ağır yaralanıb. Hücum edən şəxs avtomobili polis maşınına tərəf sürərək onun yanında xidmət edən əsgəri vurub.
Hadisə yerində olan İsrail hərbçiləri sürücüyə atəş açaraq onu öldürüblər. Yaralı əsgər ağır vəziyyətdə Yerusəlimdəki Şaare Zedek Tibb Mərkəzinə aparılıb.
İsrail polisi və ordusunun ilkin rəsmi açıqlamalarında yaralanan hərbçinin adı açıqlanmayıb. Buna görə Neriya Layterin zərərçəkən şəxs olması barədə məlumat hələ rəsmi qurumlar tərəfindən ayrıca təsdiqlənməyib.
