Bessent: İranın xarici reyslərinin 80-90 faizi dayanıb

Bessent: İranın xarici reyslərinin 80-90 faizi dayanıb

Könül Məmmədova · Media ·

ABŞ maliyyə naziri Skott Bessent İranın xarici istiqamətlərə həyata keçirdiyi uçuşların böyük hissəsinin dayandırıldığını bildirib.

Redaksiya xəbər verir ki, Bessentin sözlərinə görə, İrandan xarici ölkələrə həyata keçirilən reyslərin təxminən 80-90 faizinin artıq dayandırıldığı ehtimal olunur.

ABŞ maliyyə naziri İran aviasiyasına qarşı tətbiq olunan məhdudiyyətlərin ölkənin beynəlxalq hava əlaqələrinə ciddi təsir göstərdiyini vurğulayıb.

Bessent həmçinin BMT tədbirlərində iştirak edən İran nümayəndələrinin ölkələrinə necə qayıdacaqlarının qeyri-müəyyən olduğunu deyib.