İsrail ordusu Livan ərazisinə genişmiqyaslı hücumlar həyata keçirib. Beyrut, Bəqa vadisi və Livanın cənub bölgələri hədəf alınıb. İsrail Müdafiə Qüvvələri (IDF) bu hücumu Livan ərazisinə edilən ən böyük zərbə adlandırıb.
Redaksiya məlumat verir ki, İsrail qüvvələri 10 dəqiqə ərzində Beyrut, Bəqa vadisi və Livanın cənubunda təxminən 100 hədəfi vurub. İlkin qiymətləndirmələrə görə, bu hücumlar nəticəsində 100 nəfər həlak olub, 500 nəfər yaralanıb.
Livanın baş naziri dost ölkələri İsrailin hücumlarını hər vasitə ilə dayandırmaq üçün köməyə çağırıb. Hücumlar nəticəsində Beyrutun Dahiyə rayonunda yerləşən Hizbullah qəbiristanlığı da zərər görüb.
