İrlandiya hökuməti İsrailə məxsus məhsulların ölkə ərazisinə daxil olmasına qadağa qoydu.
Redaksiya xəbər verir ki, qərara əsasən, İsrail istehsalı olan bütün məhsullara gömrük məntəqələrində əl qoyulacaq. Qadağa əsasən işğal altındakı ərazilərdə istehsal edilən mallara şamil olunur və bu addım beynəlxalq hüquq normalarına uyğun şəkildə atılıb.
Rəsmi Dublin bu qərarla Fələstin torpaqlarının suverenliyinə iqtisadi dəstəyi artırmağı hədəfləyir. İsrail tərəfi isə bu qadağaya sərt reaksiya verib və İrlandiyanın mövqeyini ədalətsiz adlandırıb.
Sevinc Kərimova
