İranın Fordo nüvə obyekti böyük problemə çevrilib

İranın Fordo nüvə obyekti böyük problemə çevrilib

Sevinc Kərimova · Hərbi ·

ABŞ prezidenti Donald Tramp İsrailə İranın Qum şəhərində yerləşən Fordo yeraltı uran zənginləşdirmə obyektini məhv etmək üçün bunker əleyhinə bombalar verməyi nəzərdən keçirir. Bu barədə “Axios” portalı məlumat yayıb.

Redaksiya xəbər verir ki, nəşrin mənbəsinə görə, Tramp bu məsələni “əməli anlaşmalar və təzyiq vasitələri kontekstində” dəyərləndirir və bu bombaların təqdim olunmasını İsrailə qarşı təzyiq rıçağı kimi görür.

Fordo nüvə obyekti bir dağın təxminən 1 kilometr dərinliyində yerləşir və İsrailin mövcud silah sistemləri ilə ora zərbə endirməsi mümkün deyil. Hazırda Təl-Əviv ABŞ-dan ciddi hərbi dəstək gözləyir. Hərbi analitiklərə görə, əgər Fordo imha edilməzsə, İrana qarşı indiyə qədər həyata keçirilmiş bütün əməliyyatlar strateji baxımdan uğursuz sayılacaq.

Sevinc Kərimova