İranla hərbi münaqişənin başlanmasından bəri azı 687 ABŞ hərbçisinin yaralandığı bildirilir. Bu barədə Pentaqonun açıqladığı itki statistikasında qeyd olunub.
Redaksiya istinadla xəbər verir ki, yaralanan hərbçilər İranın ABŞ bazalarına və regiondakı hərbi obyektlərə endirdiyi raket və PUA zərbələri zamanı xəsarət alıblar. Yaralanmaların bir hissəsinin yüngül kəllə-beyin travmaları və partlayış təsirləri ilə bağlı olduğu bildirilir.
Pentaqon son dövrlərdə münaqişə zamanı qeydə alınan itkiləri müxtəlif əməliyyat kateqoriyaları üzrə təqdim edib. Bu isə İranla qarşıdurmada yaralanan hərbçilərin ümumi sayının hesablanması ilə bağlı müzakirələrə səbəb olub.
ABŞ Müdafiə Nazirliyi yaralıların əksəriyyətinin müalicədən sonra xidmətə qayıtdığını bildirib. Ağır yaralanan hərbçilərin sayı və onların hazırkı vəziyyəti barədə ətraflı məlumat açıqlanmayıb.
