ABŞ Prezidenti Donald Tramp İranın Xark adasının “tamamilə məhv edildiyini” iddia edib. O, bu barədə Truth Social platformasında paylaşım edib.
Redaksiya xəbər verir ki, Tramp açıqlamasını Sİ ilə yaradıldığı bildirilən video ilə müşayiət edib. Görüntülərdə ABŞ pilotunun kabinədən sahildə baş verən güclü partlayışları izlədiyi əks olunur.
Hazırda Xark adasının həqiqətən Trampın təsvir etdiyi miqyasda dağıdıldığını təsdiqləyən müstəqil məlumat yoxdur. Buna görə paylaşımda yer alan görüntülər real döyüş kadrları kimi qiymətləndirilə bilməz.
Bundan əvvəl ABŞ-nin İranın Lark adasına endirdiyi zərbə nəticəsində azı iki nəfərin öldüyü, daha iki nəfərin yaralandığı bildirilmişdi.
ABŞ tərəfi həmin zərbənin SEPAH-ın Hörmüz boğazı istiqamətində raket buraxılışına hazırlaşdığı iddiasından sonra həyata keçirildiyini bildirmişdi.
