İran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təqdim etdiyi təklifi rədd edib.
Redaksiya Press TV-yə istinadla xəbər verir ki, Tehran ABŞ təklifini “təslimiyyət” kimi qiymətləndirib və danışıqların yalnız İranın şərtləri əsasında aparıla biləcəyini bildirib.
Məlumata görə, İran cavabında müharibənin bütün cəbhələrdə dayandırılmasını, ABŞ tərəfindən kompensasiya ödənilməsini, sanksiyaların ləğvini, dəniz blokadasının aradan qaldırılmasını və İran aktivlərinin azad edilməsini tələb edib.
Tehran həmçinin Hörmüz boğazı üzərində tam suverenlik məsələsini əsas şərtlərdən biri kimi irəli sürüb.
ABŞ Prezidenti Donald Tramp isə İranın cavabını “tamamilə qəbuledilməz” adlandırıb.
Məsələ ilə bağlı danışıqların vasitəçilər üzərindən davam etdirildiyi bildirilir.
