İran ABŞ-a hücuma hazırlaşır?

İran ABŞ-a hücuma hazırlaşır?

Sevinc Kərimova · Hərbi ·

İranda siyasi dairələr yaxın saatlarda ABŞ hərbi bazalarına hücum ehtimalının yüksək olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Reuters agentliyinə danışan iranlı siyasi mənbənin sözlərinə görə, İranın qarşıdakı saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə cavab zərbəsi endirməsi gözlənilir.

Eyni zamanda, İran mediası İsrailə məxsus olduğu iddia edilən və vurulan bir F‑35 qırıcı təyyarəsinin görüntülərini yayıb. Kadrlarda “Adir” adlı F‑35 modelinə aid olduğu güman edilən hissələr incələnir.

CNN isə yüksək rütbəli iranlı rəsmiyə istinadla bildirib ki, müharibənin iki ilə qədər davam edə biləcəyi ehtimal olunur və İran buna tam hazırdır.

ABŞ rəsmiləri isə Reuters-ə açıqlamasında İranın ABŞ-a qarşı hücumunun bir-neçə gün ərzində baş verə biləcəyini təsdiqləyib.

Sevinc Kərimova