İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyadakı ABŞ hərbi bazalarında qırıcı təyyarələrin yerləşdiyi məntəqələrin məhv edildiyini iddia edib. Bu barədə Tasnim məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, SEPAH hücum zamanı ABŞ qüvvələrinin istifadə etdiyi hərbi obyektlərin hədəfə alındığını bildirib.
İordaniya tərəfi isə fərqli açıqlama verib. Al Hadath telekanalının krallığın Silahlı Qüvvələri komandanlığının nümayəndəsinə istinadən yaydığı məlumata görə, İranın buraxdığı bütün raket və dronlar İordaniyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Beləliklə, hücumun nəticələri ilə bağlı İran və İordaniya tərəflərinin açıqlamaları bir-birini təkzib edir.
Hazırda ABŞ bazalarına real zərərin dəyib-dəymədiyi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.
