ABŞ-da yeni "Amerika" partiyasını qurduğunu elan edən İlon Maska, bir neçə siyasi qurum və tanınmış şəxs tərəfindən dəstək təklif olunub. Məlumata görə, bu partiya üçün Federal Seçki Komissiyasına rəsmi müraciət də daxil edilib.
Redaksiya xəbər verir ki, Müstəqil Forvard Party partiyasının qurucusu Endryu Yanq, ABŞ Libertarian Partiyası və No Labels təşkilatı Maska dəstək verməyə hazır olduqlarını açıqlayıblar. Axios nəşri yazır ki, ABŞ-da üçüncü partiya yaratmaq asan deyil, çünki hər ştatda seçki bülleteninə düşmək üçün minlərlə imza toplamaq tələb olunur. Lakin Trampa və Respublikaçılara yüz milyonlarla dollar xərcləmiş Maskın bu prosesi asanlıqla reallaşdıra biləcəyi bildirilir.
Endryu Yanq bildirib ki, Mask və komandası ilə əlaqə saxlayır: “ABŞ-da siyasi sistemə meydan oxumaq istəyən hər kəsə kömək etməyə hazıram,” – deyə vurğulayıb.
Tramp isə açıqlamasında İlon Maskın “kontroldan çıxdığını” və “fəlakətə çevrildiyini” bildirib. Onun sözlərinə görə, ABŞ sistemi üçüncü partiyaların fəaliyyətinə uyğun qurulmayıb.
Sevinc Kərimova
