Google AI Studio artıq Android tətbiqlər yarada bilir

Google AI Studio artıq Android tətbiqlər yarada bilir

Fərid Əlizadə · Media ·

Google AI Studio-ya mətn sorğusu əsasında Android tətbiqi yaratmaq funksiyası əlavə olunub.

Redaksiya xəbər verir ki, istifadəçilər tətbiq ideyasını sadə dildə təsvir edə biləcək, sistem isə həmin ideya əsasında Kotlin kodu hazırlayacaq.

Hazırlanan tətbiqi birbaşa brauzerdə Android emulatoru üzərində test etmək mümkün olacaq. Bundan əlavə, istifadəçilər yaradılan tətbiqi real Android cihazına da quraşdıra biləcəklər.

Yeni imkan proqramlaşdırma biliyi az olan istifadəçilər üçün tətbiq yaratma prosesini xeyli sadələşdirir.

Ekspertlər hesab edirlər ki, bu funksiya ideyadan işlək APK faylına keçid məsafəsini daha da azaldır və Sİ əsaslı tətbiq inkişafında yeni mərhələ yaradır.