Eni İtaliyada yanacaq qiymətlərini ilin sonunadək məhdudlaşdıra bilər

Eni İtaliyada yanacaq qiymətlərini ilin sonunadək məhdudlaşdıra bilər

Fərid Əlizadə · Media ·

İtaliyanın enerji şirkəti Eni sentyabrın 28-dən etibarən Enilive yanacaqdoldurma məntəqələrində dizelin maksimal qiymətini litr üçün 2,19 avro, benzinin qiymətini isə 1,99 avro müəyyən edib. Yeni qiymət tavanı ilkin olaraq 30 gün qüvvədə olacaq. Bu barədə ANSA agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Eni-nin müəyyən etdiyi yuxarı hədd hazırkı orta qiymətlərdən təxminən 17 sent aşağıdır. Şirkət tədbirin bazardakı vəziyyət və yanacaq təchizatından asılı olaraq 2026-cı ilin sonunadək uzadıla biləcəyini bildirib.

Eni qərarı beynəlxalq bazarda emal olunmuş neft məhsullarının təklifinin azalması və Avropada neft emalı güclərinin çatışmazlığı ilə izah edib. Şirkətin məlumatına görə, son 15 ildə Avropada təxminən 30 neft emalı zavodunun bağlanması yanacaq bazarında əlavə təzyiq yaradıb.

İtaliya hökuməti də Eni-nin qərarını alqışlayıb. Baş nazirlik yanacağın bahalaşdığı bir dövrdə qiymət tavanının ailələr və müəssisələr üçün əlavə dəstək rolunu oynayacağını bildirib.