Lula Braziliyada onlayn mərcləri qadağan edib

Lula Braziliyada onlayn mərcləri qadağan edib

Nizami Salmanov · Media ·

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə onlayn mərc əməliyyatlarının qadağan edildiyini açıqlayıb. Qərar sektorun rəsmi tənzimlənməsindən iki ildən az müddət sonra qəbul edilib və hökumət bunu ailələrin borclanmasının artması və qumar xərclərinin sosial təsirləri ilə əsaslandırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, prezidentin imzaladığı müvəqqəti qərar dərhal qüvvəyə minib, lakin davamlı olması üçün 120 gün ərzində Konqres tərəfindən təsdiqlənməlidir. İstifadəçilərə hesablarındakı vəsaiti çıxarmaq üçün oktyabrın 5-dək vaxt veriləcək, lisenziyalı onlayn mərc platformalarının isə oktyabrın 6-dan etibarən fəaliyyətini dayandırması nəzərdə tutulur.

Qərar oktyabrın 4-də keçiriləcək prezident seçkilərinin birinci turuna az qalmış elan edilib. Lula seçkidə əsas rəqiblərindən biri olan senator Flavio Bolsonaro ilə mübarizə aparır. Son sorğular iki siyasətçi arasında rəqabətin gərgin olduğunu göstərir.

Flavio Bolsonaro hökumətin addımını populist, riyakar və siyasi motivli adlandırıb. Lula administrasiyası isə qərarın əsas səbəbinin mərc xərclərinin ailə büdcələrinə mənfi təsiri və borclanmanın artması olduğunu bildirir.