Alimlər yaşlanma prosesini ləngidəcək və idrak funksiyalarını yaxşılaşdıracaq xüsusi qidalanma rasionu hazırlayıblar. Bu rasionun tərkibində olan məhsullar gəncləşməyə, zehni fəaliyyəti artırmağa və beyin funksiyalarının pozulmasının qarşısını almağa kömək edir. Tədqiqatlar göstərir ki, bu qidalanma strategiyası beyində oksidləşməni dəfələrlə azaldır, bununla da demensiya və Alzheimer kimi xəstəliklərin yaranma riskini sıfıra endirir.
Redaksiya məlumat verir ki, bu qidalanma planı gündəlik olaraq yaşıl yarpaqlı tərəvəzlərin (ispanaq, roka, müxtəlif salatlar) istehlakını nəzərdə tutur. Həmçinin, digər tərəvəzlər də gündəlik menyuda olmalıdır. Həftədə iki dəfədən çox giləmeyvə, hər gün isə qoz-fındıq qəbul edilməsi tövsiyə olunur. Qida liflərinin zəngin mənbəyi olan tam taxıl məhsulları isə bağırsaqları yükləməmək üçün gündə 2-3 porsiya qəbul edilməlidir.
Bundan əlavə, rasiona minimum həftədə bir dəfə balıq, həftədə ikidən çox quş əti daxil edilməlidir. Paxlalı bitkilər bir neçə dəfə həftədə qəbul oluna bilər, lakin bu zaman qaz əmələ gəlməsinə diqqət yetirilməlidir. Əsas yağ mənbəyi kimi isə hər gün zeytun və balqabaq yağlarından istifadə edilməsi vacibdir. Bu məhsulların düzgün kombinasiyası beynin sağlamlığını təmin edir.
