Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İsrailin Suriyanın müxtəlif bölgələrinə hücumlarını kəskin şəkildə qınayıb.
Redaksiya xəbər verir ki, o, 11 iyulda PKK terrorçularının silah atmasından az sonra İsrailin qonşu Suriya Ərəb Respublikasının onsuz da kövrək olan sabitlik və sülh mühitinə birbaşa müdaxiləsinin təsadüfi olmadığını bildirib.
Baxçalının sözlərinə görə, İsrailin Dürzilərlə ərəb tayfaları arasında qarşıdurmanı qızışdırması, bu gərginlikdən istifadə edərək Şamı bombalaması, terror təşkilatlarından belə aşağı səviyyəyə endiyini göstərir.
O əlavə edib ki, “sionist vəhşilik” Türkiyənin və bölgənin terordan təmizlənməsi hədəfinə qarşı sabotaj xarakteri daşıyır və Suriyanın cənubundan şimalına qədər uzanan xaos dəhlizini zorakı vasitələrlə qurmağa çalışır.
Dövlət Baxçalı həmçinin Süveyda bölgəsindən şimala uzanan planlaşdırılan dəhlizi “şeytan dəhlizi” adlandıraraq, bunun Suriyanın parçalanmasına və Türkiyənin hədəfə alınmasına xidmət etdiyini bildirib.
Sevinc Kərimova
