Politico-nun məlumatına görə, ABŞ administrasiyası iş adamı Stiv Vitkof vasitəsilə Ukraynanın bərpası ilə bağlı mübahisəli plan təqdim edib. Təklifə əsasən, dondurulmuş Rusiya aktivlərindən əldə olunacaq və Ukraynanın yenidən qurulmasına yönəldilməsi nəzərdə tutulan gəlirin 50 faizinin ABŞ-a verilməsi nəzərdə tutulur.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Avropa diplomatları bu təşəbbüsə sərt reaksiya göstəriblər. Avropa İttifaqı rəsmiləri planı “skandal” və “klassik Tramp yanaşması” kimi dəyərləndirərək kəskin tənqid ediblər. Bəzi rəsmilər isə Vitkofun adını çəkərək planın müəllifinin “psixiatr dəstəyinə ehtiyacı olduğunu” belə bildiriblər.
Sözügedən təklif ABŞ-la Avropa arasında Rusiya aktivlərinin taleyi və Ukraynanın bərpasının maliyyələşdirilməsi məsələlərində mövcud fikir ayrılıqlarını daha da dərinləşdirib.
