Çinin Şenzen şəhərində yerləşən BYD şirkətinə məxsus çoxmərtəbəli elektrik avtomobil qarajında yanğın hadisəsi baş verib. Alovlar qısa müddət ərzində qarajın müəyyən hissəsini bürüyüb.
Redaksiya The Straits Times qəzetinə istinadla xəbər verir ki, şirkətin yaydığı açıqlamaya əsasən, yanğın nəticəsində heç kim xəsarət almayıb. Hazırda alovlar tam nəzarət altına alınıb və söndürmə işləri uğurla davam etdirilir.
Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. Şirkət rəsmiləri gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildiriblər.
