Almaniya kansleri Fridrix Merz ölkəsinin artıq Avropada qeyri-qanuni miqrasiya üçün əsas mərkəz olmadığını bildirib.
Redaksiya məlumat verir ki, Merzin sözlərinə görə, Almaniya 2023-cü illə müqayisədə qanunsuz miqrasiyanı 70 faiz azaltmağa nail olub.
Kansler qeyd edib ki, 2015-ci ildən bəri ilk dəfə Almaniya Avropada ən çox qaçqın qəbul edən ölkə statusunu itirib.
Merz hökumətin sərhəd nəzarəti, deportasiya prosedurları və miqrasiya siyasətindəki dəyişikliklərin nəticə verdiyini vurğulayıb.
Son illərdə Almaniyada miqrasiya məsələsi daxili siyasətin əsas mövzularından birinə çevrilib və hökumət üzərində sərt nəzarət tədbirləri ilə bağlı təzyiq artıb.
