“The Wall Street Journal” Birləşmiş Ərəb Əmirliklərinin gizli şəkildə İrana qarşı hərbi əməliyyatlar həyata keçirdiyini yazıb.
Redaksiya WSJ-yə istinadla xəbər verir ki, BƏƏ qüvvələrinin apreldə İranın Lavan adasındakı neft obyektinə zərbə endirdiyi bildirilir.
Məlumata görə, Əbu-Dabi uzun müddət İranla açıq qarşıdurmadan yayınmağa çalışsa da, son aylarda daha sərt mövqe tutmağa başlayıb.
Nəşr yazır ki, BƏƏ ABŞ və Qərb texnologiyası ilə təchiz edilmiş hərbi imkanlarından iqtisadi və strateji maraqlarını qorumaq üçün istifadə edir.
BƏƏ rəsmiləri isə indiyədək İran daxilində zərbələr endirdiklərini rəsmi şəkildə təsdiqləməyiblər.
