Bakıda Estoniya səfirliyi açılacaq

Bakıda Estoniya səfirliyi açılacaq

Aytac Dəniz · Siyasət ·

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.

Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.

İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi. (Report)