Azərbaycan xarici investisiyalar üçün daha geniş regiona çıxış qapısıdır

Azərbaycan xarici investisiyalar üçün daha geniş regiona çıxış qapısıdır

Aytac Dəniz · Siyasət ·

Azərbaycan xarici investisiyalar üçün yalnız investisiya məkanı deyil, daha geniş regiona çıxış qapısıdır.

Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” mövzusundakı panel müzakirəsində deyib.

O bildirib ki, hazırda Azərbaycan şirkətləri ilə beynəlxalq maliyyə və konsaltinq qurumları arasında strateji layihələrin maliyyələşdirilməsi, enerji, süni intellekt və digər istiqamətlərdə əməkdaşlıq genişlənir.

“Qarşıda duran əsas imkanlardan biri qarşılıqlı əlaqəli iqtisadi məkanın formalaşdırılmasıdır. Bu, yalnız Azərbaycanla bağlı deyil, daha geniş regionu da nəzərə almaq lazımdır”, - deyə E.Məmmədov qeyd edib.