Avropa İttifaqı iki rus iş adamını siyahıdan çıxarır

Avropa İttifaqı iki rus iş adamını siyahıdan çıxarır

Fərid Əlizadə · Media ·

Avropa İttifaqı sentyabrın 21-də rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridmanı sanksiya siyahısından çıxarmağa hazırlaşır. Qərar üzv ölkələrdən son anda etiraz gəlməyəcəyi halda qüvvəyə minəcək. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, razılaşma çərçivəsində Rusiya ilə əlaqəli minlərlə fiziki və hüquqi şəxsə tətbiq olunan məhdudiyyətlərin müddəti üç il uzadılacaq. Fransa və Slovakiya Usmanovun, Lüksemburq isə Fridmanın siyahıdan çıxarılmasını dəstəkləyib.

Diplomatik mənbələr Fransanın mövqeyini Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının məsələsi ilə əlaqələndiriblər. Azərbaycan rəsmiləri isə Parisə təzyiq göstərilməsi barədə iddianı təkzib ediblər. Usmanov və Fridman 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan əlaqələrinə görə Aİ-nin sanksiya siyahısına daxil edilmişdilər.