Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT havadan içməli su istehsal edən yeni qurğu hazırlayıb.
Redaksiya məlumat verir ki, sistem elektrik və su şəbəkəsinə qoşulmadan fəaliyyət göstərə bilir.
Məlumata görə, qurğu havadakı nəmi toplayaraq onu içməli suya çevirir və gündə 25 tona qədər su istehsal edə bilir.
Texnologiyanın xüsusilə hərbi bazalar, səhra düşərgələri, fövqəladə hallar bölgələri və su çatışmazlığı yaşanan ərazilər üçün nəzərdə tutulduğu bildirilir.
ASFAT-ın hazırladığı sistem logistika asılılığını azaltmaq və çətin şəraitdə davamlı su təminatı yaratmaq baxımından mühüm yenilik kimi qiymətləndirilir.
