Almaniya vətəndaşlarına İrandan təcili getmək çağırışı

Almaniya vətəndaşlarına İrandan təcili getmək çağırışı

Redaksiya · Media ·

Almaniyanın Tehrandakı səfirliyinin sosial media hesabında yayımlanan açıqlamada İran və ətraf regionda gərginliyin davam etdiyi bildirilib. Açıqlama "İrandakı Almaniya vətəndaşlarına təcili olaraq ölkəni tərk etmələri barədə yenidən çağırış" başlığı ilə dərc olunub.

Redaksiya məlumat verir ki, təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi və hərbi toqquşmaların baş verməsi ehtimalının istisna olunmadığı qeyd edilib. Bu səbəbdən Almaniya vətəndaşlarına İrandan getmək çağırışının təkrar xatırladılması qərara alınıb.

Açıqlamada gərginliyin artması halında Xarici İşlər Nazirliyi və Tehrandakı Almaniya səfirliyinin ölkədən getməklə bağlı "demək olar ki, heç bir dəstək göstərə bilməyəcəyi" nəzərə alınaraq, Almaniya vətəndaşlarından ölkəni tərk etmək üçün mövcud imkanlardan istifadə etmələri istənilib.