ABŞ Yaxın Şərqdəki əsgərlərini yüksək döyüş hazırlığına gətirdi

ABŞ Yaxın Şərqdəki əsgərlərini yüksək döyüş hazırlığına gətirdi

Sevinc Kərimova · Hərbi ·

"The New York Times" qəzetinin yazdığına görə, ABŞ ordusunun komandanlığı Birləşmiş Ərəb Əmirlikləri, İordaniyaSəudiyyə Ərəbistanı da daxil olmaqla bölgədəki hərbi bazalarda yerləşən amerikalı əsgərləri yüksək hazırlıq vəziyyətinə gətirib. Hazırda Yaxın Şərqdə 40 mindən çox ABŞ hərbçisi yerləşdirilib.

Redaksiya xəbər verir ki, ABŞ rəsmilərinin açıqlamasına əsasən, ehtimal olunan hücum halında İran Hörmüz boğazında dəniz minaları yerləşdirərək Amerika gəmilərinin hərəkətinə əngəl yaratmağa cəhd göstərə bilər. Belə bir ssenari bölgədəki gərginliyi daha da artırmaq potensialına malikdir.

Vaşinqton bu təhlükələri nəzərə alaraq Yaxın Şərqdəki qüvvələrinin hazırlıq səviyyəsini gücləndirib və strateji dəniz yollarını qorumaq üçün xüsusi planlar hazırlayıb. ABŞ rəsmiləri İranın mümkün addımlarını yaxından izlədiklərini bildirirlər.