ABŞ-nin yüksək rütbəli hərbi komandirləri İrana qarşı altı aydır davam edən əməliyyatların ABŞ ordusu üçün getdikcə dayanıqsız hala gəldiyi barədə xəbərdarlıq ediblər. Bu barədə The Washington Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hərbi rəhbərlik uzunmüddətli əməliyyatların sursat ehtiyatları, hava hücumundan müdafiə vasitələri, logistika və şəxsi heyət üzərində ciddi təzyiq yaratdığını bildirir.
Komandirlərin qiymətləndirməsinə görə, mövcud temp eyni səviyyədə davam edərsə, ABŞ ordusunun digər regionlardakı mümkün böhranlara cavab vermək imkanları zəifləyə bilər.
