Zukerberqin 300 milyonluq yaxtası kömək çağırışına cavab verməyib

Zukerberqin 300 milyonluq yaxtası kömək çağırışına cavab verməyib

Könül Məmmədova · Media ·

Meta şirkətinin rəhbəri Mark Zukerberqlə əlaqələndirilən təxminən 300 milyon dollar dəyərində Launchpad superyaxtasının Alyaska sahillərində yanacağı tükənən kiçik qayığın yardım çağırışına cavab vermədiyi bildirilir. Hadisə Peterburq və Cuno şəhərləri arasında 21 fut uzunluğunda qayığın yanacağının bitməsindən sonra baş verib. Bu barədə Alaska Beacon məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ümumi yardım çağırışına nəticədə Wilderness Legacy kruiz gəmisi cavab verib. Gəmi həmin vaxt qayığa Launchpad yaxtasından daha uzaqda olub. Kruiz gəmisinin sərnişinlərindən birinin sözlərinə görə, kapitan Launchpad-in yaxınlıqda olmasına baxmayaraq radio çağırışına cavab vermədiyini bildirib. Bu məlumat sərnişinlər arasında narazılıq yaradıb və onların əksəriyyəti xəbəri fitə basaraq qarşılayıb.

ABŞ Sahil Mühafizəsi isə hadisə zamanı kiçik qayığın rəsmi olaraq təhlükə vəziyyətində hesab edilmədiyini açıqlayıb. Qayıqdakı şəxslər yalnız yanacaqlarının tükənməsi səbəbindən yardım istəyiblər və Sahil Mühafizəsi bununla bağlı ümumi yardım çağırışı yayıb. Nəticədə Wilderness Legacy qayığa kömək edib və hadisədə heç kimin xəsarət almadığı bildirilib.

Mark Zukerberq və həyat yoldaşı Prissilla Çanın nümayəndəsi Brayan Beyker bildirib ki, hadisə zamanı onların heç biri Launchpad yaxtasında olmayıb. Onun sözlərinə görə, yaxtanın heyəti həmin vaxt fərqli radio kanalından istifadə edib və yardım çağırışından yalnız xilasetmə əməliyyatı artıq başladıqdan sonra xəbər tutub. Buna görə yaxtanın çağırışı qəsdən görməzlikdən gəldiyi təsdiqlənməyib.