Zəminə Əliyeva ölkə başçısı tərəfindən təltif edilib

Zəminə Əliyeva ölkə başçısı tərəfindən təltif edilib

Aytac Dəniz · İqtisadiyyat ·

Energetika nazirinin müşaviri Zəminə Əliyeva Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə başçısı İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Medal bu gün Energetika Nazirliyində keçirilən tədbirdə nazir Pərviz Şahbazov tərəfindən Zəminə Əliyeva təqdim edilib.

Qeyd edək ki, Zəminə Əliyeva uzun müddətdir Energetika Nazirliyində çalışır.