Zelenski: “Ukrayna real diplomatiyaya hazırdır, tam və şərtsiz atəşkəs vacibdir”

Zelenski: “Ukrayna real diplomatiyaya hazırdır, tam və şərtsiz atəşkəs vacibdir”

Sevinc Kərimova · Siyasət ·

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmiləri ilə İtaliyanın paytaxtı Romada mühüm görüş keçirdiyini açıqlayıb. Görüşdə ABŞ-ın vitse-prezidenti CD Vans və dövlət katibi Marko Rubio iştirak ediblər.

Redaksiya xəbər verir ki, Zelenski danışıqların müsbət atmosferdə keçdiyini bildirib. Görüş zamanı gündəmdə olan sülh təşəbbüsləri, xüsusilə İstanbulda aparılan, lakin zəif iştirak səviyyəsi ilə seçilən Rusiya-Ukrayna müzakirələri də müzakirə olunub.

Rusiya qərarvermə səlahiyyəti olmayan aşağı səviyyəli bir heyət göndərdi. Biz isə Ukrayna olaraq real diplomatiyaya tam hazır olduğumuzu bir daha təsdiqlədik,” – deyə Zelenski bildirib.

Ukrayna prezident həmçinin qeyd edib ki, mümkün olan ən qısa zamanda tam və şərtsiz atəşkəsin təmin edilməsi regionda sabitliyin bərpası üçün həyati əhəmiyyət daşıyır. Zelenskinin bu mesajı, sülh prosesinə beynəlxalq dəstəyin artırılması istiqamətində yeni diplomatik mərhələnin başlandığını göstərir.

Sevinc Kərimova