Zelenski: Müharibəni bitirməyin zamanı gəldi — Putin: Qarşı deyiləm amma …

Zelenski: Müharibəni bitirməyin zamanı gəldi — Putin: Qarşı deyiləm amma …

Sevinc Kərimova · Siyasət ·

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya müzakirələrə başlamaq üçün çağırış edib.

Redaksiya xəbər verir ki, Zelenski bəyanatında bildirib:
“Müharibəni sona çatdırmağın zamanı gəlib. Ukrayna danışıqlardan qorxmur və biz Rusiyadan da eyni cəsarəti gözləyirik.”

Bu açıqlama, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə gələcək mümkün danışıqların fonunda səsləndirilib.

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Trampla görüşə hazır olduğunu bir daha təkrarlayıb və görüş üçün potensial məkanın adını çəkib:
“Rusiyanın Tramp ilə keçiriləcək görüşü təşkil etmək üçün çoxlu sayda dostu var. Bunlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Görüşü orada keçirmək mümkündür.”

Putin, Zelenski ilə görüş ehtimalına da münasibət bildirib:
“Ukrayna prezidenti ilə görüşməyə qarşı deyiləm, lakin bunun üçün hələ zaman lazımdır.”

Hazırda Trampın təşəbbüsü ilə Putin–Zelenski–Tramp formatında danışıqlar üçün diplomatik zəmin formalaşır, lakin tərəflər arasında ciddi mövqe fərqləri davam edir. ABŞ rəsmiləri, görüşün növbəti həftə ərzində baş tuta biləcəyini bildirirlər.

Sevinc Kərimova