Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis İsraili ölkəsinin ən yaxın müttəfiqi adlandırıb. O bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir.
Redaksiya xəbər verir ki, Georgiadis hər il milyonlarla israillinin istirahət məqsədilə Yunanıstana səfər etdiyini, eyni zamanda ölkədə investisiyalar həyata keçirdiyini bildirib.
Nazir İsrail və Yunanıstan arasında münasibətlərin turizm, sərmayə və strateji əməkdaşlıq sahələrində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Georgiadis daha əvvəl də İsraili Yunanıstanın mühüm və etibarlı müttəfiqlərindən biri adlandırıb və iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
