Türkiyə-Suriya arasında müəyyən edilmiş ortaq müzakirə şərtlərini qəbul etməyən YPG/SDQ terror təşkilatına qarşı yaxın həftələrdə hərbi əməliyyat seçənəyinin masaya gətirilməsi planlaşdırılır.
Redaksiya xəbər verir ki, Ankara və Dəməşq arasında son təmaslarda bölgədə sabitliyin təmin olunması üçün YPG/SDQ-nin irəli sürülən tələblərə əməl etməsi əsas şərt kimi təqdim olunub.
Diplomatik mənbələrin məlumatına görə, təşkilatın bu şərtləri rədd etməsi halında Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusunun koordinasiyalı şəkildə genişmiqyaslı əməliyyata başlaya biləcəyi qeyd olunur. Bu çərçivədə, sərhəd xəttində və strateji bölgələrdə hərbi hazırlıqların artıq başladığı vurğulanır.
Sevinc Kərimova
