Yaxın Şərqdə davam edən müharibə qlobal neft ehtiyatlarının rekord sürətlə azalmasına səbəb olub.
Redaksiya “Bloomberg”ə istinadla xəbər verir ki, Morgan Stanley-nin hesablamalarına əsasən, martın 1-dən aprelin 25-dək dünya üzrə neft ehtiyatları gündə təxminən 4,8 milyon barel azalıb.
Məlumata görə, regiondakı hərbi gərginlik enerji bazarlarında tədarük risklərini artırıb və ölkələri strateji ehtiyatlardan daha fəal istifadə etməyə məcbur edib.
Goldman Sachs isə xəbərdarlıq edib ki, qlobal neft ehtiyatları 2018-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşır.
Ekspertlər bildirirlər ki, ehtiyatların sürətlə azalması neft qiymətlərində əlavə təzyiq yarada və enerji idxalından asılı ölkələr üçün iqtisadi riskləri artıra bilər.
Bazarda əsas narahatlıq Hörmüz boğazı və Fars körfəzi ətrafında tədarük marşrutlarının təhlükəsizliyi ilə bağlıdır.
