Yaponiyanın Oqasavara adaları sahillərində 7,0 maqnitudalı güclü zəlzələ baş verib.
Redaksiya məlumat verir ki, yeraltı təkanlar Sakit okeanda, Oqasavara adaları yaxınlığında qeydə alınıb.
Zəlzələnin ocağının dərinliyi, mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi ilə bağlı da hələlik məlumat açıqlanmayıb.
